Azərbaycan-Gürcüstan birgə müəssisəsi ölkəmizə televizor ixrac edəcək

Azərbaycan-Gürcüstan birgə müəssisəsi ölkəmizə televizor ixrac edəcək
# 23 iyun 2016 11:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan-Gürcüstan birgə müəssisəsi olan "AG Telecom" şirkətinin istehsal etdiyi televizorlara qonşu ölkədə tələbat olduqca yüksəkdir.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin direktoru Mixail Qlonti deyib.

Onun sözlərinə görə, zavodda istehsal olunan televizorlar iyun ayının 1-dən etibarən satışa çıxarılıb və indiyədək 150 ədəd aparat satılıb: "Bu rəqəm menecmentin proqnozu ilə tamamilə üst-üstə düşür. Biz yaxın vaxtda satışların həcminin artacağını proqnozlaşdırırıq. Biz "Samsung" şirkəti ilə rəqabət aparırıq. Məhsulumuz həm qiymət, həm də keyfiyyət baxımından rəqabətə davam gətirir".

M. Qlonti əlavə edib ki, bu ilin sonunadək "AG Telecom" 200 ədəd televizoru Azərbaycana ixrac edəcək. Bundan başqa, bu istiqamətdə Latviya ilə də danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR