Fransa səfiri: “Fransa və Azərbaycan Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığı genişləndirmək istəyirik”

Fransa səfiri: “Fransa və Azərbaycan Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığı genişləndirmək istəyirik”
# 08 aprel 2013 08:40 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfiri Paskal Mönyenin sözlərinə görə, Fransa Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə artıq on ildir ki, mülki müdafiə, böhran menecmenti sahəsində əməkdaşlıq edir: “Lakin biz bu əməkdaşlığı genişləndirmək istərdik”.

Səfirin sözlərinə görə, Fransa Azərbaycana yanğınsöndürmə avadanlıqları göndərir, bəzi fransız şirkətləri FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində çalışır. Paskal Mönye əlavə edib ki, Fransa təkcə Azərbaycanı avadanlıqla təmin etməkdə maraqlı deyil, həm də bu sahəyə dair texnologiyalar satmağa və institusional əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi aparmağa can atır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR