Konstantin Mayevski: “Azərbaycan bizə qarşı 5-ə 4 oynayırdı”

Konstantin Mayevski: “Azərbaycan bizə qarşı 5-ə 4 oynayırdı”
# 04 aprel 2013 11:20 (UTC +04:00)

Bakı-APA. “Biz hər rəqibi öyrənmək üçün hazırlaşırıq. Rumıniya ilə görüşdən öncə onların bizimlə 5-ə 4 oynamaq bacarığını öyrənməyə vaxt ayırmışdıq”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Rusiya yığmasının və “Norilsk Nikel” klubunun məşqçisi Konstantin Mayevski deyib.


Yayda futzalçı karyerasını başa vuran 33 yaşlı məşqçi Rusiya yığmasının Avropa çempionatının əsas seçmə mərhələsində Qazaxıstan (5:1), Rumıniya (2:1) və Latviya (6:0) üzərindəki qələbələrini şərh edib. Mayevski müsahibəsində rumınların qapıçını da oyuna daxil edərək, 5 futzalçı ilə onlara qarşı oynamasından danışıb.

“Dinamo” və Moskva MOİK-inin sabiq futzalçısı həmin an millimizlə oyunu da xatırlayıb: “Rumınları yaxşı təhlil etdiyimizdən, onlara qarşı kifayət qədər yaxşı oyun sərgilədik. Ancaq Azərbaycanla oyunumuzdakı mənfi təcrübəni xatırlamaq gərəkdir. Onda onlar da bizə qarşı 5-ə 4 oynayırdı. Onların futbolçuları kifayət qədər yüksək səviyyəli idi. Onlarla belə oynamaq çətin idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR