Meksikanın Azərbaycandakı səfiri: “Biz iki ölkə arasında yeni tarixin yazılması üçün mübarizə aparırıq” - FOTOSESSİYA

Meksikanın Azərbaycandakı səfiri: “Biz iki ölkə arasında yeni tarixin yazılması üçün mübarizə aparırıq” - <span style="color: red;">FOTOSESSİYA
# 16 sentyabr 2015 07:32 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini ölkəsinin Müstəqillik Günü ilə bağlı Bakıda keçirilən qəbulda deyib. O bildirib ki, Meksika və Azərbaycanı bir birinə bağlayan neft və qaz kimi təbii sərvətlər var: “Əməkdaşlıq üçün bir neçə istiqamətdə yollar açılmaqdadır. Azərbaycana xüsusilə qış aylarında meyvə-tərəvəz gətirmək niyyətindəyik. Biz idmana olan sevgimizi də paylaşırıq. Azərbaycanda güləş, ağır atletika, gimnastika, Meksikada isə boks, taekvando və suya tullanma inkişaf edib. Biz iki ölkə arasında yeni tarixin yazılması üçün mübarizə aparırıq”.

Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iki dövlət arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, iki ölkədən nazirlər, millət vəkilləri, rəsmi şəxslər qarşılıqlı səfərlər edir, münasibətləri yüksək mərhələyə qaldırılar: “Azərbaycan üçün Meksika ilə münasibətlər böyük əhəmiyyət daşıyır. Ən vacib məqam isə Meksika Senatı və Konqresində Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbulu və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından şərtsiz çıxarılması barədə məsələ qaldırılmasıdır. Biz əminik ki, münasibətlər gələcəkdə daha da inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR