Bank Of Baku

Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlamaq qərarına gəlib

Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlamaq qərarına gəlib
# 07 sentyabr 2026 18:00 (UTC +04:00)

Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlamaq və Höte mərkəzlərinin əməkdaşlarını ölkədən çıxarmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN Sankt-Peterburqdakı alman diplomatlarının sentyabrın 18-dək Rusiyanı tərk etmələrini tələb edib.

Höte mərkəzlərinin əməkdaşları isə sentyabrın 13-dək Rusiyanı tərk etməlidirlər.

“Rusiya Federasiyası və Almaniya Federativ Respublikası arasındakı münasibətlərdə yeni bir eskalasiyanın nəticələrinə görə məsuliyyət tamamilə Berlinin üzərinə düşür”, - Rusiya XİN-in məlumatında deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR