Paşha Bank
Bank Of Baku

Rusiya bu il 63,5 min miqrantı deportasiya edib

Rusiya bu il 63,5 min miqrantı deportasiya edib
# 06 noyabr 2026 14:01 (UTC +04:00)

Rusiya 2026-cı ilin ilk doqquz ayında 63 500 miqrantı ölkədən çıxarıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, miqrantların ölkədən deportasiya olunmasına internetdə müəyyən cinayətlər, Rusiya ordusunun ictimai şəkildə nüfuzdan salınması, Rusiyaya qarşı sanksiya çağırışları və ayrı-seçkilik hərəkətləri əsas ola bilər.

Rusiya DİN 2026-cı ilin ilk səkkiz ayında 260 mindən çox miqrantın Rusiyaya girişinin qadağan edildiyini açıqlayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,8% çoxdur. Rusiyaya girişə qadağaların qoyulmasının əksəriyyəti inzibati qaydada ölkədən çıxarılma və deportasiya ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR