Elman Rüstəmov: “Köhnə məzənnə siyasəti həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatlarını sıfırlaşdırardı”

Elman Rüstəmov: “Köhnə məzənnə siyasəti həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatlarını sıfırlaşdırardı”
# 17 mart 2015 14:45 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

AMB rəhbəri neftin qiymətinin uzun müddət ərzində artmayacağı barədə proqnozların verildiyini xatırladıb: “Neftin qiymətinin 50 dollar olacağı təqdirdə ölkənin xarici balansı profisiti 5 dəfə azalacaq, 40 dollar olacağı təqdirdə mənfi zonaya keçəcək”.

E. Rüstəmov deyib ki, ölkənin kifayət qədər valyuta ehtiyatı var, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri düzgün idarə olunur: “Amma köhnə siyasəti davam etdirsəydik, həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları sıfırlaşardı. Buna görə də, bu proseslərə reaksiya verməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR