Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə İctimai Mərkəz açılıb

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə İctimai Mərkəz açılıb
# 10 iyun 2016 23:19 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Kaxetiya bölgəsindəki azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Yor-Muğanlı kəndində Gürcüstan Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərəcək İctimai Mərkəzin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, İctimai Mərkəzin açılışında Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani və Kaxetiya bölgəsinin qubernatoru və digər rəsmi şəxslər iştirak edib.

Açılış lentini kəsən T. Tsulukiani İctimai Mərkəzə baxış keçirib, burada iş ilə təmin olunan azərbaycanlılarla tanış olub və mərkəzin fəaliyyəti ilə bağlı kənd sakinlərinə ətraflı məlumat verib. Onun sözlərinə görə, mərkəz müasir avadanlıqlarla, o cümlədən pulsuz internet, kitabxana və bank xidməti ilə təmin edilib. Nazir qeyd edib ki, mərkəzin fəaliyyəti ilə sakinlərin problemləri, illərlə həll olunmayan torpaq və digər məsələlər vaxt itirilmədən öz həllini tapacaq.

T. Tsulukiani Ədliyyə Nazirliyinin vəsaiti ilə yeni açılan İctimai Mərkəzin 34-cü mərkəz olduğunu və bu istiqamətdə yenə də tikintilərin davam edəcyini bildirib. Açılış mərasimində sakinlərə yerli folklor rəqs ansamblının üzvləri gürcü və Azərbaycan rəqslərini nümayiş etdiriblər.

Qeyd edək ki, Yor-Muğanlı kəndində yeni açılan İctimai Mərkəz həmçinin Baldoy, Düzəyrəm, Qarabağlı, Muğanlı, Keşəli, Tüllər və Qazlar kəndlərində yaşayan sakinlərə də xidmət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR