Azərbaycan prezidenti İtaliyanın iqtisadiyyat və maliyyə nazirini qəbul edib - VİDEO

Azərbaycan prezidenti İtaliyanın iqtisadiyyat və maliyyə nazirini qəbul edib - <span style="color: red;">VİDEO
# 04 may 2015 15:46 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin önəmi qeyd olunub, tədbirin yüksək səviyyədə təşkil olunduğu bildirilib, habelə ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından toplantının rolu xüsusi vurğulanıb.

Söhbət zamanı Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələrin tərəfdaşlıq səviyyəsinə qalxdığı və uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın siyasi, iqtisadi, mədəni, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR