ABŞ səfirliyi öz vətəndaşlarını Azərbaycanda etiraz aksiyalarının keçirilməsinin mümkünlüyü barədə xəbərdar edib

ABŞ səfirliyi öz vətəndaşlarını Azərbaycanda etiraz aksiyalarının keçirilməsinin mümkünlüyü barədə xəbərdar edib
# 25 yanvar 2013 18:33 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədəki amerikalı vətəndaşları mümkün etiraz aksiyaları ilə bağlı xəbərdar edib. Bu barədə APA səfirliyin rəsmi saytına istinadən məlumat verir. Məlumatda bildirilir ki, sosial mediadakı informasiyalara görə aksiyalar bəzi bölgələrdə, həmçinin yanvarın 26-da Bakıda keçirilə bilər.

Bununla bağlı ABŞ vətəndaşlarına qəti olaraq səfər edərkən ehtiyatlı olmaq və insanların toplaşdığı yerlərdən uzaq olmaq tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR