“Nar Mobile” I Avropa oyunlarının “Könüllülər proqramı”na sponsorluq edəcək - FOTO

“Nar Mobile” I Avropa oyunlarının “Könüllülər proqramı”na sponsorluq edəcək - <span style="color: red;">FOTO
# 15 oktyabr 2014 14:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azerfon” MMC (“Nar Mobile” ticarət nişanı) könüllülərin işə götürülməsi prosesini asanlaşdırmaq üçün ölkə ərazisindəki satış mərkəzlərində geniş reklam kampaniyasına start verməyə hazırlaşır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda, “Nar Mobile” 12 000 könüllü üçün xüsusi mobil proqramını tətbiq edəcək. Bu proqram vasitəsi ilə könüllülər I Avropa oyunları haqqında ən son xəbərləri əldə etməklə yanaşı, öz funksiyaları barədə məlumat alacaqlar.

“Azerfon”un baş icraçı direktoru Kent Maknili I Avropa oyunlarının əlamətdar tədbir olacağını xüsusi qeyd edib və “Könüllülər proqramı” əsasında tərəfdaşlıq etməklə, onları dəstəkləməkdən qürur duyduqlarını bildirib. “Təkmil texniki imkanlarımız və Azərbaycan gəncləri ilə güclü əlaqələrimiz sayəsində, könüllülərin inkişafına dəstək vermək və ölkə üçün müsbət əbədi miras qoymaqla düzgün mövqe seçmişik”, - deyə o, bildirib.

Könüllülәr I Avropa Oyunları ərzində ali qonaqlar və atletlərin qarşılanması, idman tədbirlərində əməkdaşlar və ya kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər cür dәstәyin göstərilməsi kimi mühüm məsələləri həll etmək imkanına malik olacaqlar.

“Bakı-2015 “Könüllülər proqramı” Azərbaycandakı gənclərə I Avropa oyunlarının açılış mərasimində yaxından iştirak etmək üçün böyük imkan yaradır. Könüllülərin cəlb olunması və təlimatlandırılmasına hərtərəfli yardımçı olan “Nar Mobile” mobil operatorunun fəaliyyəti olduqca təqdirəlayiqdir. Biz Avropa oyunlarına qədər qalmış günləri saydıqca, onların Azərbaycanın gənc insanları ilə bağlantı qurmaq bacarığının nə dərəcədə önəmli olduğu öz təsdiqini tapacaqdır”, - deyə I Avropa oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq qeyd edib.

Mobil operator hər bir könüllünü “Nar” kartı və ödənişsiz balansla təmin edəcək, öz sosial media kanalları, sms və könüllülər barədə yeni yaradılmış qısa filmlərlə I Avropa oyunlarını təbliğ edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR