Sabah havanın temperaturu Bakıda 35, rayonlarda 40 dərəcə isti olacaq

Sabah havanın temperaturu Bakıda 35, rayonlarda 40 dərəcə isti olacaq
# 20 avqust 2014 09:57 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 27-28, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Uzun müddət davam edən kəskin isti hava şəraitindən sonra avqustun 21-dən 23-ü gündüzədək bəzi rayonlarda, əsasən də Kür vadisi rayonlarında, həmçinin Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı enəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR