Azərbaycan neft məhsullarının istehsalını 3%-ə yaxın artırıb

Azərbaycan neft məhsullarının istehsalını 3%-ə yaxın artırıb
# 17 aprel 2015 10:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 564,3 mln. manat olmaqla əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 2,7% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin üç ayında ölkədə 300,3 min ton avtomobil benzini istehsal olunub. Bu, 2014-cü ilin eyni ayları ilə müqayisədə 2,1% azdır. Nəticədə bu ilin aprelin 1-nə 64,7 min ton məhsul ehtiyatı yaranıb.

Ötən üç ay ərzində ölkədə 796,4 min ton dizel yanacağı istehsal olunub ki, bu da daha əvvəlki ilin üç ayı ilə müqayisədə 25,9% çoxdur. Nəticədə bu ilin aprelin 1-nə 85,3 min ton məhsul ehtiyatı yaranıb.

Yanvar-mart aylarında Azərbaycanda ağ neftin istehsalı 6,6% azalıb. Belə ki, ötən aylar ərzində ölkədə 163,4 min ton ağ neft istehsal olunub ki, bu ilin aprelin 1-nə 41,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən aylar ərzində ölkədə neft bitumunun istehsalında azalma var. Ötən aylar ərzində Azərbaycanda 32,6 min ton neft bitumu istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 53,1% azdır. Nəticədə aprelin 1-nə 15,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin üç ayında ölkədə sürtgü yağlarının istehsalı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 73,1% azalıb. Belə ki, 3 ərzində 2,8 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin aprelin 1-nə 13,4 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, ötən aylar ərzində 47,7 min neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 53,9% çoxdur. Nəticədə bu ilin martın 1-nə 4,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən 3 ay ərzində Azərbaycanda 0,2 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar ayı ilə müqayisədə 99,7% azalma deməkdir. Nəticədə bu ilin aprelin 1-nə 10,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR