Qanunsuz ov edənlər cəzalandırılıb

Qanunsuz ov edənlər cəzalandırılıb
# 24 noyabr 2014 10:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən 19-23 noyabr tarixlərində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, reyd zamanı Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisində ovla məşğul olan kənd sakini Nicat Eyyublu saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Zərdab rayonu Qarasu çayı sahilində ov edən Ucar şəhər sakinləri Heydər Qarayev və Kamil Əhmədov saxlanılıb. Onlardan 2 ov tüfəngi, 43 patron götürülərək qanun pozucuları barəsində akt və protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.

Qax Dövlət Təbiət Yasaqlığının ərazisində ov edən Zaqatala rayonu Tala kənd sakini Ramiz Qardaşov saxlanılaraq ondan 1 ov tüfəngi və 29 patron götürülüb. Təqsirkar şəxs barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Füzuli rayonu Qazaxlı kəndi ərazisində ov edən kənd sakinləri Nemət Qasımov və Məqsəd Namazov saxlanılıb. Onlardan 2 ov tüfəngi və 4 patron götürülərək qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə edilib.

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR