Başqasına xəsarət yetirməkdə təqsirləndirilən 16 yaşlı oğlan məhkəmə zalından azadlığa buraxılıb

Başqasına xəsarət yetirməkdə təqsirləndirilən 16 yaşlı oğlan məhkəmə zalından azadlığa buraxılıb
# 03 iyun 2016 14:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində başqasına xəsarət yetirməkdə təqsirləndirilən, 2000-ci il təvəllüdlü Əli Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ə. Rəhimov 1 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ə. Rəhimov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə əsasən ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR