Bakıda dabağa qarşı milli və beynəlxalq səylərin əlaqələndirilməsi üzrə regionlararası toplantı-seminar keçirilir - FOTO

Bakıda dabağa qarşı milli və beynəlxalq səylərin əlaqələndirilməsi üzrə regionlararası toplantı-seminar keçirilir - <span style="color: red;">FOTO
# 02 aprel 2013 13:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakıda Qərbi Avrasiyada dabağa qarşı qabaqcıl nəzarət üzrə milli və beynəlxalq səylərin əlaqələndirilməsi üzrə regionlararası toplantı-seminar başlayıb. APA-nın xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin ev sahibliyi etdiyi konfrans BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) tərəfindən təşkil olunub. Toplantı Heyvan Sağlamlığı Dünya Təşkilatı (BEB) və digər beynəlxalq tərəfdaşlarla birgə razılıq çərçivəsində keçirilir.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova bildirib ki, seminar-toplantının başlıca məqsədi 2008-ci ildə Şiraz toplantısında müəyyən edilmiş “Qərbi Avrasiya regionunun 2020-ci ilə kimi dabağın kliniki əlamətlərindən azad edilməsi” perspektivinə doğru regional yol xəritəsi boyunca irəliləyişin nəzərdən keçirilməsidir. Onun sözlərinə görə, tədbirdə qısa müddət ərzində vaksinasiya və digər profilaktik tədbirlərin planlaşdırılmasına kömək etmək, Qərbi Avrasiya dabaq virusunun ekosistemi daxilində dabaq xəstəliyinin dövr etməsi üzrə məlumatların paylaşmasından ibarətdir.

Qeyd edək ki, aprelin 4-dək davam edəcək tədbirdə 2013-2014-cü illərdə dabaq virusuna qarşı profilaktik tədbirlərin daha yaxşı planlaşdırılması və qarşıdan gələn 1-2 ildə ünvanlanacaq dəstəyin çatışmazlıqları müəyyən ediləcək. Bundan əlavə, tədbirdə qarşıdan gələn 1-2 ildə dəstəkverici tədbirlərin cədvəllərinin tərtib olunmasını təkmilləşdirmək, əlavə donorlara, tərəfdaşlara proqressiv nəzarət xətti-yol xəritəsinə uyğun olaraq onların öz fəaliyyətlərinin əlaqələndirilməsinə və proqramlaşdırılmasına kömək etmək məsələləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR