Azərbaycan investisiyaları hesabına Yessentukidə müalicəvi kompleks tikilib

Azərbaycan investisiyaları hesabına Yessentukidə müalicəvi kompleks tikilib
# 23 iyun 2016 07:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rusiyanın Yessentuki şəhərində 400 yerlik "İstoçnik" adlı müalicəvi kompleks açılıb.

"APA-Economics" xəbər verir ki, dəyəri 1,5 mlrd. rubl olan kompleks Azərbaycan şirkətləri tərəfindən tikilib.

Açılış mərasimində iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, kompleks müasir standartlara cavab verir. Diplomat əlavə edib ki, Yessentuki kurortları azərbaycanlıların rəğbətini qazanıb.

Stavropol vilayətinin hökumət sədrinin müavini Andrey Murqa isə qeyd edib ki, hər il Mineralnıye Vodı kurortlarında orta hesabla 30 min azərbaycanlı istirahət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR