“Mahmud və Məryəm”in premyerasının vaxtı bəlli olub

“Mahmud və Məryəm”in premyerasının vaxtı bəlli olub
# 06 mart 2013 16:57 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə layihəsi olan “Mahmud və Məryəm” filminin premyerasının tarixi bəlli olub. APA-nın məlumatına görə, yazıçı Elçinin əsəri əsasında çəkilən film martın 22-də Türkiyədə nümayiş olunacaq.


Fəxrəddin Manafov, Məlahət Abbasova, Tomris İncər, Aras Bulut İnemli kimi məşhur simaların rol aldığı filmin çəkilişləri Azərbaycan və Türkiyədə aparılıb. Bir sevgi hekayəsindən bəhs edən film doqquz Avropa ölkəsində nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR