Bank Of Baku

Ordubad Su Elektrik Stansiyasının tikintisinə 10 milyon manat ayrılıb

Ordubad Su Elektrik Stansiyasının tikintisinə 10 milyon manat ayrılıb
# 16 may 2018 15:37 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

 

APA-nın məlumatına görə, gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR