Elmar Məmmədyarov ABŞ-ın Nəqliyyat komandanlığının rəhbərini qəbul edib - FOTO

Elmar Məmmədyarov ABŞ-ın Nəqliyyat komandanlığının rəhbərini qəbul edib - <span style="color: red;">FOTO
# 21 avqust 2014 15:38 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın NATO-nun Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri əməliyyatına verdiyi töhfələri yüksək qiymətləndirilib.

Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri üçün əsas, etibarlı və təhlükəsiz tranzit marşrutlarından biri olaraq, ikitərəfli və çoxtərəfli əsasda nəqliyyat və yükdaşımaları sahəsində Azərbaycanın NATO-nun üzv və tərəfdaş ölkələrinə, o cümlədən ABŞ-a göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov tərəfdaş dövlət olaraq, Azərbaycanın Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımı tranzit dəstək göstərəcəyini qeyd edərək, yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir-yolu xətti və yeni Ələt dəniz limanının ölkəmizin tranzit və nəqliyyat imkanlarını daha da artıracağını deyib.

General Paul Selva əməkdaşlığa və göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edərək, ölkəmizin əlverişli coğrafi mövqeyinin və inkişaf edən nəqliyyat infrastrukturunun yüksək təəssüratlar doğurduğunu və xüsusilə kommersiya və ticarət baxımdan böyük imkanlara malik olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR