Maykl Mann: “İran “altılıq” ölkələri ilə İstanbulda görüşmək təklifimizi qəbul etmədi”

Maykl Mann: “İran “altılıq” ölkələri ilə İstanbulda görüşmək təklifimizi qəbul etmədi”
# 29 yanvar 2013 09:47 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İran “altılıq” ölkələri ilə yanvarın 28-29-da İstanbulda görüşmək təklifimizi qəbul etmədi”. APA-nın məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, İrana müzakirələri təxirə salmağı təklif etdikləri ilə bağlı iddialar həqiqətəuyğun deyil: “Ketrin Eşton 2012-ci ilin dekabrından davamlı olaraq İrana növbəti nüvə müzakirələri üçün görüşməyi təklif edir. Sonuncu dəfə tərəflər arasında görüşün yanvarın 28-29-da İstanbulda keçirilməsini təklif etdik. Ancaq İran bu təklifimizi rədd etdi. Ona görə də İrana müzakirələr üçün fevral ayında yeni tarixlər verdik”.

M.Mann İranla “altılıq” ölkələri arasında müzakirələrin yeri və tarixi məsələsində razılıq əldə edilməməsindən məyus olduqlarını deyib: “İranın yeni şərtlər irəli sürməsindən və bu şəkildə müzakirələri gecikdirmək taktikası tətbiq etməsindən çox narahatıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR