DBNX: Qurban bayramında baytarlıq-sanitariya tələblərinə cavab verməyən yerlərdə heyvan kəsiminin qarşı alınacaq

DBNX: Qurban bayramında baytarlıq-sanitariya tələblərinə cavab verməyən yerlərdə heyvan kəsiminin qarşı alınacaq
# 15 sentyabr 2015 10:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Artıq dünəndən etibarən Qurban bayramı ərəfəsində heyvanların qəbulu, onların saxlanması və kəsimi zamanı baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması məqsədilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssisləri Bakı şəhərinin ayrı-ayrı rayonlarına və respublikanın müxtəlif rayonlarında heyvanların kütləvi halda kəsildikləri ərazilərə təhkim olunublar”.

Bunu APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Y. Xanvəli bildirib ki, rayon baytarlıq idarələrinə baytarlıq-sanitariya tələblərinə cavab verməyən, ticarət üçün xüsusi ayrılmamış yerlərdə heyvanların kəsiminin qarşısının alınması tapşırılıb: “Eyni zamanda müayinələr baytarlıq-sanitariya tələblərinə uyğun aparılmalıdır. Qeyd edim ki, Qurban bayramı günlərində kəsiləcək heyvanların müayinəsi pulsuz həyata keçiriləcək”.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı sentyabrın 24-25-də qeyd olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR