Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində, Hacıqabul-Bəhrəmtəpə avtomagistralının 35-ci kilometrliyində qeydə alınıb.
Adı hələlik məlum olmayan İmişli sakini idarə etdiyi "Mersedes" markalı 99 EL 773 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Qalaqayın kənd sakini, 1937-ci il təvəllüdlü Əmişov Atamoğlan Əmkişi oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı BDYPİ-də cinayət işi açılıb, araşdırma aparılır.