Dağıstanda xüsusi əməliyyat zamanı 3 silahlı öldürülüb

Dağıstanda xüsusi əməliyyat zamanı 3 silahlı öldürülüb
# 03 oktyabr 2014 01:41 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Untsukul rayonu, Vremennıy qəsəbəsi ərazisində keçirilmiş xüsusi əməliyyat nəticəsində 3 silahlı öldürülüb. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Xüsusi əməliyyatın aktiv mərhələsi dayandırılıb. İlkin məlumata görə, 3 silahlı məhv edilib. Onların qaldığı evə baxış səhər keçiriləcək”, deyə mənbə bildirib.

Əməliyyat zamanı “OMON”-un 1 döyüşçüsü yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR