ARDNŞ Rusiyada neft emalı zavodunun inşası ilə bağlı danışıqlar aparır

ARDNŞ Rusiyada neft emalı zavodunun inşası ilə bağlı danışıqlar aparır
# 24 oktyabr 2014 16:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dövlət Neft Şirkəti Rusiyanın Novorossiysk şəhəri yaxınlığında neft emalı zavodunun inşası layihəsində iştirakla bağlı danışıqlar aparır.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın TASS agentliyi Azərbaycanın energetika naziri Natiq Əliyevə istinadən məlumat yayıb.

Nazir bildirib ki, Azərbaycan tərəfi sözügedən layihədə iştirak etməkdə maraqlıdır. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı danışıqlar aparılır.

Xatırladaq ki, bu ilin may ayında Rusiyanın “Rosneft” şirkəti ilə ARDNŞ neft-qaz yataqlarının kəşfi və hasilatı layihələri üzrə birgə müəssisənin yaradılması haqda saziş imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR