Gələn il Azərbaycanda investisiya qoyuluşlarının 5% artacağı planlaşdırılır

Gələn il Azərbaycanda investisiya qoyuluşlarının 5% artacağı planlaşdırılır
# 05 noyabr 2014 09:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015- ci ildə Azərbaycanda investisiya qoyuluşu 5% artacaq.

APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib. “Gələn il ölkə iqtisadiyyatına yatırılan investisiya 25 mlrd. ABŞ dollarını kecəcək. Bunun 6,9 mlrd. dolları xarici investisiyaların payına düşəcək. 2015-ci ildə neft sektoruna 7,4 mlrd. dollar həcmində investisiya yönəldiləcək. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların əsas hissəsi qeyri-neft sektorunun inkişafına yönəldiləcək”.

Nazir müavini qeyd edib ki, növbəti 4 ildə ölkə iqtisadiyyatına 100 mlrd. dollardan çox həcmində investisiya yatırılacağı proqnozlaşdırırlır.

S.Həsənova əlavə edib ki, iqtisadiyyatda dövlət investisiyaları vasitəsilə struktur potensialı qurulub, güclü sosial infrastruktur quruculuğu həyata keçirilib və bu davam edir: “Bu siyasət gələn orta müddətdə də davam edəcək. Nəticədə sistem qeyri-neft sektorunun inkişafını təmin edən amillərin əsası olan həm insan kapitalının inkişafına, həm də infrastrukturun inkişafına nail ola biləcəyik. Bizim əsas infrastruktur layihələrimiz bu müddətdə bitəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR