“İrəli” Könüllülük Akademiyası layihəsinin icrasına başlayıb

“İrəli” Könüllülük Akademiyası layihəsinin icrasına başlayıb
# 15 dekabr 2014 08:54 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “İRƏLİ” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – Könüllülük Akademiyası layihəsinin icrasına başlayıb.

Birlikdən APA-ya verilən məlumata görə, düşərgə formatında keçiriləcək layihə “Nəzəri biliklər”in ötürülməsi və “Biliklərin tətbiq edilməsi” daxil olmaqla, iki hissədən ibarətdir.

“Nəzəri biliklər”in ötürülməsi hissəsində gənclər yeni təlim modulu - “SAY: Könüllü” təlim modulu vasitəsi ilə təlimləndiriləcəklər.

Tədbirin məqsədi beynəlxalq və yerli səviyyəli tədbirlərdə gənclərin fəal iştirakına stimul vermək, həmçinin Azərbaycanda könüllü fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimatlandırılması və ixtisaslaşdırılmasıdır.

Dekabrın 15-dən 20-dək davam edəcək layihə Quba şəhərində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR