Bakıda zəncirvari yol qəzası baş verib

Bakıda zəncirvari yol qəzası baş verib
# 23 dekabr 2014 04:25 (UTC +04:00)

APA-nın məlumatına görə, hələlik kimliyi məlum olmayan “Mersedes" markalı avtomobilin sürücüsü Eldar Babayev küçəsində "Giriş qadağandır" nişanının tələbini pozaraq hərəkətini davam etdirib. Yol polisi yüksək sürətlə hərəkət edən maşını bir neçə dəfə saxlamağa cəhd etsə də, sürücü qarşı yola çıxaraq təqibdən yaxa qurtarıb.

Yol boyu bir neçə dəfə təhlükə yaradan avtoxuliqan Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşən körpünün altında idarəetməni itirib. O, maşını işıqforun qırmızı işığında dayanan Vüsal Tağıyevə məxsus “Nissan” a daha sonra İmran Cəfərova məxsus “Hundai"yə çırpıb.

Yol patrul xidmətinin inspektoru Azər Musayev sürücünü maşından düşürtmək istəsə də, içkili sürücü ona xəsarət yetirərək hadisə yerindən qaçıb. Əraziyə Dövlət Yol Polisinin bir neçə patrul maşını və təcili yardım briqadası cəlb olunub. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib. Polis qəza törədərək hadisə yerindən qaçan avtoxuliqanın axtarışlarına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR