İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var

İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 14 avqust 2014 07:16 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. Qaraməryəm-İsmayıllı yolunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yolun 10-cu kilometrliyində, Kürdmaşı kəndi ərazisində qeydə alınıb. “VAZ 2106” və “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində Kürdmaşı kənd sakinləri - 1975-ci il təvəllüdlü Cəbiyev Zaur Həsən oğlu və 1990-cı il təvəllüdlü Cəbiyev Elxan İrik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR