DİN Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb

DİN Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb
# 30 avqust 2014 09:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 29-da saat 07:00 radələrində Tovuz rayonunun Cəlilli kəndində Gürcüstan vətəndaşı Janburiya Mamantinin idarə etdiyi “Tir Skaniya” və rayon sakini Tulfan Əmiraslanovun idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşub.

T.Əmiraslanovun sərnişinlərindən - həmyerliləri Rövşən Balayev və onun qardaşı Samir hadisə yerində ölüb, özü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR