Avstraliya şirkəti "Xəzər Dəniz Gəmiçiliyi"nin sifarişi ilə yeni katamaran istehsal edib

Avstraliya şirkəti "Xəzər Dəniz Gəmiçiliyi"nin sifarişi ilə yeni katamaran istehsal edib
# 22 iyun 2016 08:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Avstraliyanın "Austal" şirkəti "Xəzər Dəniz Gəmiçiliyi" QSC üçün istehsal etdiyi 70 m uzunluğundakı katamaran istismara hazırdır.


"APA-Economics" Avstraliya şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, katamaranın layihələndirilməsini "Incat Crowther" şirkəti həyata keçirib.

Bildirilir ki, katamaran "Xəzər Dəniz Gəmiçiliyi"nə bu ilin III rübündə təhvil veriləcək.

Qurğuya "Rəşid Behbudov" adı verilib.

Göyərtəsinin sahəsi 400 kvadratmetr olan katamaran 150 nəfər üçün nəzərdə tutulub. Onun maksimal sürəti 15 km/saatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR