Azərbaycan nümayəndə heyəti Barselonada keçirilən «GSMA Mobile World Congress» sərgi-konfransında iştirak edib

Azərbaycan nümayəndə heyəti Barselonada keçirilən «GSMA Mobile World Congress» sərgi-konfransında iştirak edib
# 01 mart 2013 06:43 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Barselonada (İspaniya) hər il təşkil olunan qlobal «GSMA Mobile World Congress» sərgi və konfransında iştirak edib.

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, fevralın 25-28-də keçirilən tədbir əvvəlki illərdən fərqli olaraq yeni, daha böyük ərazidə və formatda təşkil edilib. Bu format mobil rabitə sahəsində fəaliyyət göstərən operatorlara, istehsalçı şirkətlərin, eləcə də milli pavilyonların ən son yeniliklər və texnoloji nailiyyətlərinin təqdim etməsinə şərait yaradıb.


Builki sərgidə xüsusilə genişzolaqlı internetin simsiz vasitələrlə məsafəyə ötürülməsi və qəbulu üzrə müxtəlif tipli qurğu, planşet, TV vasitələri, kompüterlər haqda ətraflı həllər təqdim edilib.


Nazirliyin və Azərbaycanda fəaliyyət göstərən hər üç mobil rabitə operatorlarının nümayəndələri tədbirdə nümayiş etdirilən yeniliklərlə ətraflı tanış olur və onların tətbiqi üzrə araşdırmalar aparıblar.


Tədbir çərçivəsində nümayəndə heyəti mobil rabitə sahəsində gələcək inkişaf perspektivləri və istiqamətlərin müəyyən edilməsi üçün təşkil olunmuş «Ministerial Programm»a qatılaraq müzakirələrdə də iştirak edib. Həmçinin, nümayəndə heyəti Dünya İqtisadi Forumunun mobil data mübadiləsi mövzusuna həsr olunmuş toplantıya da qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR