Münaqişə dövründə Suriyada 90 erməni qaçırılıb

Münaqişə dövründə Suriyada 90 erməni qaçırılıb
# 05 mart 2013 14:11 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Suriyada davam edən münaqişə nəticəsində Hələb şəhərindən 90 erməni qaçırılıb. APA-nın “Armenpress” agentliyinə istinadən verdiyi məlumata görə, bütün qaçırılan ermənilər pul ödənildikdən sonra azadlığa buraxılıb.

Agentlik bir ildən artıqdır davam edən toqquşmalarda 87 erməninin yaralandığını yazır. Ölənlərin sayı isə dəqiqləşdirilir. Ümumilikdə isə Hələbi 12-13 min erməni tərk edib. Qaçqınların ümumi sayı isə 940 min nəfəri keçib. Onlardan 300 mini Türkiyədə, 200 mini isə Ermənistanda məskunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR