Ketrin Eşton Aİ ali nümayəndəsinin xüsusi məsləhətçisi vəzifəsinə təyin olunub

Ketrin Eşton Aİ ali nümayəndəsinin xüsusi məsləhətçisi vəzifəsinə təyin olunub
# 06 dekabr 2014 09:49 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ketron Eştonu İranın nüvə proqramı ilə bağlı xüsusi məsləhətçi vəzifəsinə təyin edib. APA-nın Aİ mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, artıq danışıqların davamı və inkişafı ilə bağlı məsələlərə K. Eşton nəzarət edəcək. O, müntəzəm şəkildə ali nümayəndəyə hesabat verəcək.

Xatırladaq ki, Federika Mogerini bu il noyabrın 1-dən Ketron Eştonu bu vəzifədə əvəz edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR