Azərbaycan Mərkəzi Bankı mərkəzləşdirilmiş kreditləşdirməni artırmayacaq

Azərbaycan Mərkəzi Bankı mərkəzləşdirilmiş kreditləşdirməni artırmayacaq
# 02 may 2013 12:37 (UTC +04:00)

Bunu «APA-Economics»ə açıqlamasında AMB-nin sədr müavini Xəqani Abdullayev bildirib.

X.Abdullayevin sözlərinə görə, dünya maliyyə və iqtisadi böhranı zamanı Azərbaycan bank sistemində likvidliyin təmin edilməsi məqsədi ilə Mərkəzi Bank bəzi banklara və qurumlara ünvanlı kreditlər verib. Lakin bu proses artıq dayandırılıb və bu cür ünvanlı kreditlərin verilməsi məsələsi də gündəmdə deyil.

Ölkədə bank kreditləri üzrə mövcud faiz dərəcələrinin aşağı salınması üçün mərkəzləşdirilmiş kreditləşmənin artırılmasının zəruriliyi ilə bağlı bəzi fikirləri şərh edən X.Abdullayev vurğulayıb ki, bu, mərkəzləşdirilmiş kreditləşmənin məqsədi və funksiyalarına ziddir və makroiqtisadi sabitlik baxımdan yalnız mənfi nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, mərkəzləşdirilmiş kreditlər qısamüddətli olur və bankların cari likvidliyinin təmin edilməsi, bəzi hallarda ödəmə qabiliyyətinin artırılması üçün istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR