Bəhram Xəlilov: “Dövlət qulluğu ilə bağlı olan müsabiqələr tam şəffaf və obyektiv keçirilir” - VİDEO

Bəhram Xəlilov: “Dövlət qulluğu ilə bağlı olan müsabiqələr tam şəffaf və obyektiv keçirilir” - <span style="color: red;">VİDEO
# 09 iyul 2015 08:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

B. Xəlilovun sözlərinə görə, müsahibə komissiyalarına müstəqil ekspertlər daxil edilib: “Xüsusilə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri şəxsən vətəndaşın vakant dövlət qulluğu vəzifəsinə uyğun olub-olmamasına qərar verirlər. Biz müsahibələrin video çəkilişini də aparırıq. Bütün çəkilişlər arxivimizdə saxlanılır. Müsahibəni insanlar apardığından subyektiv məqamlar var. Video çəkiliş isə bizə imkan verir ki, bu məsələdə obyektivliyi tam təmin edə bilək. Problem yarananda biz o çəkilişlərin əsasında araşdırmalar aparırıq. Bizdə apellyasiya komissiyası fəaliyyət göstərir. Vətəndaş ora müraciət edə bilər. Təəssüf ki, heç kim müraciət etmir. Çünki bilirlər ki, onların şikayətləri əsassızdır. Apellyasiya komissiyası bu məsələləri çox ciddi şəkildə araşdırır. Video çəkilişin stenoqramı təşkil olunur və ekspertlər dəvət edilir. Hansı sualların düzgün və ya səhv cavablandırılması qiymətləndirilir”.

Komissiya sədri qeyd edib ki, müsabiqələrin tam şəkildə elektronlaşdırılır: “Beş ilə yaxındır ki, test imtahanları kompüter vasitəsi ilə aparılır. Rəsmi internet səhifəmizdə müsabiqə ilə bağlı, o cümlədən test bazasının, sualların mənbələri, müsahibə üçün proqramlar hamısı yerləşdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR