Qazaxıstanda silahlı hücumda iştirak edənlərin hamısı neytrallaşdırılıb

Qazaxıstanda silahlı hücumda iştirak edənlərin hamısı neytrallaşdırılıb
# 12 iyun 2016 08:24 (UTC +04:00)

Bakı-APA. İyunun 5-də Qazaxıstanın Aktobe şəhərində hücumda iştirak edənlərin hamısı neytrallaşdırılıb və saxlanılıb, onlardakı bütün silahlar götürülüb.

APA-nın məlumatına görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Qeyd edək ki, iyunun 5-də bir qrup naməlum şəxs Aktobe şəhərində iki silah mağazasına və şəhərdəki hərbi hissəyə hücum edib. Şəhərdə antiterror rejimi elan edilib. Bu günə qədər 18 terrorçu məhv edilib. Terrorçuların hücumu nəticəsində 3-ü hərbçi olmaqla, 7 nəfər öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR