Sabahdan Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır

Sabahdan Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır
# 13 avqust 2015 11:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. E. Nağızadə bildirib ki, ali məktəblərə qəbul olan şəxslərin qeydiyyatı avqustun 24-dək davam edəcək: “Proses zamanı qəbul olunan şəxslər qəbul olduqları ali təhsil müəssisəsinə müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddət ərzində qeydiyyatdan keçməmək qaydalara uyğun olaraq həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək”.

E. Nağızadə qeyd edib ki, artıq ali məktəblərə qəbul olunan tələbələrin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR