Avropalı səfirlər Pxenyandan çıxmaq təklifini müzakirə edəcəklər

Avropalı səfirlər Pxenyandan çıxmaq təklifini müzakirə edəcəklər
# 06 aprel 2013 02:07 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı ölkələrinin Şimali Koreyadakı səfirləri Pxenyanda ölkədən çıxmaq barədə təklifi müzakirə etmək üçün toplaşacaqlar. APA-nın xəbərinə görə, bu barədə Bolqarıstan xarici işlər nazirliyi məlumat yayıb.

Xatırladaq ki, KXDR hökuməti Koreya yarımadasında vəziyyətin gərginləşməsi ilə əlaqədar Pxenyanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin heyətinin təxliyə olunmasını təklif edib.

«Pxenyandakı diplomatik missiyaların başçıları aprelin 6-da ümumi mövqeyi və birgə hərəkətləri müzakirə etmək üçün toplaşacaqlar», deyə Avropa mediası bolqar diplomatın sözlərini sitat gətirirlər.

Dünən Cənubi Koreya KXDR-in ikinci orta mənzilli ballistik raketi ölkənin şərq sahilinə gətirdiyini bildirib. ABŞ ekspertlərinin fikrincə, raket KXDR-in banisi Kim İr Senin anadan olmasının 101-ci ildönümü günü yəni aprelin 15-də buraxıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR