Azərbaycan millisinin baş məşqçisi dünyada 42-ci yerdədir

Azərbaycan millisinin baş məşqçisi dünyada 42-ci yerdədir
# 25 fevral 2013 08:44 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı baş məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 1996-2012-ci illəri əhatə edən dövrün ən yaxşı 245 mütəxəssisinin yer aldığı siyahıda azərbaycanlı çalışdırıcılar yer almayıb.


Əvəzində millimizin almaniyalı baş məşqçisi Berti Foqts 43 xalla planetdə 42-ci yerdə qərarlaşıb. “Bakı”nın sabiq baş məşqçiləri - almaniyalı Vinfred Şafer və latviyalı Aleksandr Starkov da ən yaxşılar arasında yer alıb. Şafer 22 xalla 88-ci, Starkov 19 xalla 100-cüdür.

Qeyd edək ki, siyahıya İngiltərə “Mançester Yunayted”inin çalışdıran Aleks Ferqyuson başçılıq edir - 254 xal. Şotlandiyalı “Arsenal”dakı fransalı həmkarı Arsen Vengeri 59 xal qabaqlayır. İspaniya “Real”ının portuqaliyalı baş məşqçisi Joze Mourinyo isə 174 xalla 3-cüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR