Magistraturaya imtahan verənlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb

Magistraturaya imtahan verənlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb
# 24 fevral 2015 08:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının fevralın 22-də keçirilmiş birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Apellyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Bakalavrlar Apellyasiya komissiyasına 24-25 fevral tarixlərində saat 10-dan 17-dək şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR