Joao Suareşin Azərbaycana səfərinin tarixi açıqlanıb

Joao Suareşin Azərbaycana səfərinin tarixi açıqlanıb
# 01 may 2013 12:34 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş gələn həftə Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. APA-nın ATƏT PA-nın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Joao Suareşin səfəri mayın 5-7-də Azərbaycandan başlayacaq. Xüsusi nümayəndə Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək, Dağlıq Qarabağ münaqişəsi və qarşıdan gələn prezident seçkiləri ilə bağlı müzakirələr aparacaq.

“Həlli uzadılmış münaqişələr daha aktual problemlərdir, çünki onlar bütün regionun inkişafına mane olurlar. Biz ATƏT Parlament Assambleyasında münaqişələr mövzusunu daha geniş şəkildə müzakirə etməliyik. Ümidvaram ki, regiona səfərin belə müzakirələrin keçirilməsinə imkan verəcək”, - deyə J. Suareş bildirib.

Joao Suareş mayın 7-9-da Gürcüstanda, mayın 9-11-də isə Ermənistanda səfərdə olacaq.

Xatırladaq ki, ATƏ PA-nın sabiq prezidenti olan Joao Suareş 2011-ci ilin iyulunda Cənubi Qafqaz üzrə xüsusi nümayəndə seçilib. Bu onun yeni vəzifədə Cənubi Qafqaz regionuna ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR