Multikulturalizm Mərkəzi Berlində beynəlxalq elmi konfrans keçirib

Multikulturalizm Mərkəzi Berlində beynəlxalq elmi konfrans keçirib
# 29 may 2015 15:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Berlinin Brandenburq Elmlər Akademiyasında “Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, tədbir Alman Azərbaycan Forumu, Azərbaycanın Almaniyadakı səfirliyi və Berlin Humboldt Universitetinin dəstəyi ilə təşkil olunub.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev “Multikultural təhlükəsizlik və onun əsas prinsipləri” mövzusunda çıxış edib. Dövlət müşaviri deyib ki, dünyada multikulturalizm modellərinə dair bir fenomen Azərbaycan multikulturalizmidir ki, bu nümunədə multikultural təhlükəsizlik paradiqması önəmli yer tutur: “Ölkədə multikultural təhlükəsizliyin harmonik vəhdətdə biri digərini tamamlamalı olan prinsiplərinin uğurlu tətbiqi multikulturalizm situasiyasını problemlərdən sığortalamağa imkan verir. Həm də elə bir zamanda ki, ərazisinin iyirmi faizi hələ də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal altında qalmaqdadır. Bu da simvolikdir ki, işğalçı dövlət həm də multikulturalizmin düşmənidir. O mənada ki, Ermənistan hələ sovet dövründən etibarən qeyri-erməni etnik qruplarını ərazisindən çıxara-çıxara nəhayətdə monoetnik tərkibli bir dövlətə çevrilib. Və bu keyfiyyətdə də qonşularına qarşı sərgilədiyi aqresssiyasına görə bölgədə sülhə və təhlükəsizliyə təhdid mənbəyi olaraq qalmaqdadır”.

Beynəlxalq konfransda Berlin Humboldt Universitetinin professoru Eva-Maria Auch, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Möhsün Nağısoylu müxtəlif mövzularda məruzə ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR