Şahin Mustafayev Pakistanın maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri ilə görüşüb

Şahin Mustafayev Pakistanın maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri ilə görüşüb
# 05 may 2015 16:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Pakistanın maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Darla görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev bu ilin martında Pakistan prezidentinin Azərbaycana səfərinin, keçirilən görüşlərin və Azərbaycan-Pakistan biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə töhfə verdiyini bildirib.

Görüşdə qeyd edilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq edir. Həmçinin Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, ölkəmizdə iqtisadi və maliyyə sabitliyinin təmin olunduğu, qeyri-neft sektorunun prioritetliyi, iqtisadiyyatın müxtəlif sahələrində Pakistanla əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

M. Darı dost və qardaş ölkə olan Azərbaycanın sosial-iqtisadi inkişafının Pakistanda maraqla izlənildiyini, ölkəsinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. O, bu il I Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsini yüksək qiymətləndirib, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR