Səudiyyə Ərəbistanı kralı Avropa və ABŞ-a xəbərdarlıq edib

Səudiyyə Ərəbistanı kralı Avropa və ABŞ-a xəbərdarlıq edib
# 30 avqust 2014 11:45 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Səudiyyə Ərəbistanı kralı Avropa və ABŞ-a xəbərdarlıq edib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Kralı Abdullah səfirlərlə görüşü zamanı Yaxın Şərqdə baş verənlərə diqqət ayrılmadığı halda, terrorun tezliklə Avropada və ABŞ-da da yayılacağını deyib.

“Xahiş edirəm bu mesajımı liderlərinizə çatdırasınız. İndi terrorizm şər qüvvədir və bu qüvvəyə qarşı sürətlə mübarizə aparılmalıdır. Əgər bütün bu hadisələrə gözardı yanaşılarsa, əminəm ki, bu şər qüvvə bir ay sonra Avropaya, daha sonra ABŞ-a ayaq açacaq” - deyə kral vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR