Ukrayna ordusunda şəxsi heyətin sayı 250 min nəfər olacaq

Ukrayna ordusunda şəxsi heyətin sayı 250 min nəfər olacaq
# 12 dekabr 2014 10:29 (UTC +04:00)

APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak Ali Radada çıxışında deyib. O bildirib ki, ötən il (müharibədən əvvəl) orduda hərbçilərin sayı 130 min olub, hazırda isə 232 min nəfərdir: “Bu sayı gələn il 250 minə çatdırmağı planlaşdırmışıq”.

Nazir ölkənin şərq sərhədlərində (Rusiya istiqaməti) əlavə hərbi birləşmələr yerləşdiriləcəyini açıqlayıb: “Gələn ilin planlaşdırılması təhdidlərə uyğun olaraq aparılır. Hazırda təhlükə yalnız şərq sərhədlərimizdədir. Mən orada yerləşdiriləcək hərbi hissələrin sayını açıqlamaq istəmirəm. Sərhədlərimizin toxunulmazlığını təmin etmək üçün kifayət qədər qüvvə cəlb olunacaq”.

S. Poltorak Moldovanın hazırda separatçıların və Rusiya ordusunun nəzarətində olan Dnestryanı ərazisi ilə sərhəddə dayanan Ukrayna qoşun qruplaşmasının gücləndiriləcəyini də söyləyib. Nazir 2015-ci ilin dövlət büdcəsində Müdafiə Nazirliyi üçün 50 milyard qrivna ayrılacağına ümid etdiklərini bildirib. O, 2014-cü ildə nazirliyin büdcəsinin 15 milyard qrivna olduğunu və əlavə mənbələrdən daha 11 milyard ayrıldığını xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR