Füzulidə yaşı 2250 il olan dəmir heykəl tapılıb - FOTO - VİDEO

Füzulidə yaşı 2250 il olan dəmir heykəl tapılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 fevral 2015 17:24 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Bala Bəhmənli kənd qəbiristanlığında 2250 yaşı olan dəmir uşaq heykəli tarixçilərin marağına səbəb olub.

Hündürlüyü 10 sm, ağırlığı isə 400 qram olan dəmir oğlan heykəli yerli sakinlər tərəfindən tapılıb və Füzuli Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzey rəhbərliyi isə tapıntını araşdırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasına göndərib. AMEA-nın alimləri aşkarlanan dəmir heykəlin eramızdan əvvəl təxminən 250 il əvvəl hazırlandığını müəyyən ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR