TÜRKPA və ATƏT-in baş katibləri arasında görüş keçiriləcək

TÜRKPA və ATƏT-in baş katibləri arasında görüş keçiriləcək
# 13 mart 2013 07:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. TÜRKPA-nın baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti martın 18-21-də “Gender balansının beynəlxalq təhlükəsizliyinin təkmilləşdirilməsi” mövzusunda keçiriləcək ATƏT-Avstraliya konfransında iştirak edəcək.

TÜRKPA-dan APA-ya verilən məlumata görə, konfransın məqsədi gender balansının təkmilləşdirilməsidir.

Müzakirələrin əsas mövzusu qadınlara qarşı zorakılıqla mübarizə, qadınların terrorçu məqsədlər və insan alverinin bütün formalarında istismarının qarşısının alınması, qadınların iqtisadi imkanlarının genişləndirilməsinin təşviqi olacaq. Konfrans həmçinin təcrübədən çıxarılmış nəticələr və Asiya-Sakit Okean perspektivindən yaranan məsələlərlə bağlı fikir mübadiləsi üçün imkanlar yaradacaq.

Konfrans çərçivəsində R.Həsənov “Gender balansının qorunması” və “Qadınlara qarşı zorakılıqla mübarizədə beynəlxalq təşkilatların önəmi” mövzularında çıxış edəcək. Həmçinin konfrans çərçivəsində TÜRKPA baş katibinin Türkiyənin ATƏT yanındakı daimi nümayəndəsi Tacan İldem, ATƏT-in baş katibi Lamberto Zannier və digər beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşləri nəzərdə tutulub. Konfrans martın 19-da Flinders Universiteti tərəfindən “Struktur dəyişikliyi zamanı etimadın qurulması” mövzusunda təşkil olunmuş seminarla davam edəcək. Səfər zamanı R.Həsənovu beynəlxalq əməkdaşlıq və protokol üzrə katib Anar Rəhimov müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR