“Günay Bank” I rübdə aktivlərini artırıb

“Günay Bank” I rübdə aktivlərini artırıb
# 27 aprel 2015 13:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Günay Bank”ın aktivlərinin həcmi 2015-ci ilin I rübündə 92,262 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,41 dəfə çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,54 dəfə artaraq 89,046 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 235 min manat təşkil edib ki, bu da 2014-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 61,7% azdır.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 0,9% artaraq 2,065 mln. manata çatıb.

Bankın depozit portfeli hesabat dövrü ərzində 21,51% artaraq 12,087 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 10,658 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 41,37% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 4,08 dəfə artaraq 62,713 mln. manata çatdığı halda, nizamnamə kapitalı 3,91 dəfə artaraq 64 mln. 910,09 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 56% azalaraq 861 min manat, xərcləri isə təxminən 12,09% azalaraq 409 min manat olub.

Cari ilin ilk üç ayını “Günay Bank” 1 mln. 418,40 min manatlıq zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 1 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR