Bank Of Baku

Biləsuvarda yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Biləsuvarda yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
# 16 iyun 2018 19:57 (UTC +04:00)

Biləsuvarda yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonunda “Mercedes” və “VAZ” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücünün cəsədini, xəsarət almış 2 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR